“Nyukasl” Tonali ilə razılıq əldə etdi
“Milan”ın yarımmüdafiəçisi Sandro Tonali “Nyukasl”a keçməyə yaxındır.
Msport.az xəbər verir ki, artıq italyan futbolçunun “sağsağanlar”la müqavilənin şərtlərini razılaşdırdığı bildirilir. Tonalinin ingilis komandası ilə müqaviləsi 2029-cu ilə qədər olacaq. O, hər mövsüm üçün 8 milyon avro maaş, həmçinin 2 milyon avronu bonus şəklində alacaq. Bu keçidin 70-80 milyon avro dəyərində olacağı gözlənilir.
Qeyd edək ki, Tonali 2020-ci ildən “Milan”ın şərəfini qoruyur.
Royal Türksoy







