“Nyukasl Yunayted” 20 yaşlı futbolçu üçün 35 milyon təklif etdi
“Nyukasl Yunayted” müdafiə xəttini gücləndirmək istəyir.
Msport.az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, “sağsağanlar” “Sauthempton”dan Tino Livramentoyla danışıqlar aparır. Nyukasl təmsilçisi 20 yaşlı müdafiəçi üçün qarşı tərəfə 35 milyon funt-sterlinq təklif edib.
Livramento “Çelsi”nin yetirməsidir. O, 2021-ci ildən “Sauthempton”da çıxış edir.
Royal Türksoy







