featured-image-517

“Barselona”nın müdafiəçisi Dani Alveş Pedri haqqında danışıb. Msport.az xəbər verir ki, braziliyalı futbolçu komanda yoldaşını Xaviyə oxşadıb:

“Barselona”ya qayıdışımdan sonra məni ən çox təəccübləndirən Pedri oldu. O, ağıllıdır və mənə Xavini xatırladır. Pedri başqalarının görmədiyini görə bilmək bacarığına malikdir”.

2008-2016-cı illərdə Kataloniya klubunda çıxış edən 38 yaşlı Alveş 2021-ci ilin noyabrında yenidən “Barsa”ya dönüb.

 

Bənzər xəbərlər