Obameyanq "Barsa"nın düşərgəsinə gəldi - FOTO
“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq El Klasikodakı qələbədən sonra “Barselona”nın paltardəyişmə otağına girərək keçmiş komanda yoldaşlarını təbrik edib.
Msport.az xəbər verir ki, Ferran Torres Obameyanqla fotosunu sosial şəbəkədə paylaşıb.
Qabonlu futbolçunun keçmiş komanda yoldaşları, direktorlar şurasının üzvləri və baş məşqçi Xavi ilə əla münasibətləri var. Obameyanq yanvarda Kataloniya komandasına qayıtmaq istəsə də, FİFA-nın qaydalarına görə, bu mümkün olmamışdı.
Hücumçu 2022-ci ilin fevralından sentyabrına kimi “Barsa”nın formasını geyinib. O, “Barselona”da 24 oyunda 13 qol vurub.

ANAR ABDULLAYEV







