“Obameyanq “Barselona” üçün göydən düşmüş hədiyyədir”
“Barselona”nın baş məşqçisi Xavi Pyer-Emerik Obameyanqın komandadakı rolunu yüksək qiymətləndirib.
Msport.az xəbər verir ki, “Osasuna” ilə 4:0 hesablı qələbə ilə yekunlaşan oyunda qabonlu hücumçu komandasının 3-cü qolunu vurub:
“Obameyanq “Barselona” üçün göydən düşmüş hədiyyədir. Söhbət təkcə onun vurduğu qollardan getmir, onun necə məşq etməsi, necə peşəkar olması ayrı mövzudur. O, bütün futbolçular üçün örnəkdir.”
“Barsa” 27 oyundan sonra 51 xalla turnir cədvəlində 3-cü yeri tutur. Kataloniya klubu növbəti oyununu martın 20-də Madriddə “Real”a qarşı keçirəcək.