featured-image-29529

Pyer-Emerik Obameyanq Qabon millisində çıxışını bərpa etməyə yaxındır. Msport.az xəbər verir ki,  ölkə prezidenti Ali Bonqo Ondimba futbolçunun atasından və özündən yığmaya qayıtmağı xahiş edib.

Dövlət başçısı 33 yaşlı hücumçunun böyük pərəstişkarıdır.

Qabon iyunda Konqo Demokratik Respublikası ilə qarşılaşacaq, “Çelsi”nin forvardı həmin matçda oynaya bilər.

Obameyanq millidə 72 oyunda 30 qol vurub. O, Qabon yığması tarixinin ən çox qol vuran futbolçusudur.

ANAR

 

Bənzər xəbərlər