featured-image-26965

“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq baş məşqçi Qrem Potterin qovulması ilə bağlı xəbərə “like” qoyub. Msport.az xəbər verir ki, qabonlu futbolçu London klubuna 2022-ci ildə “Barselona”dan keçib. Həmin vaxt “zadəganlar”ı Tomas Tuhel çalışdırırdı.

Potter “Çelsi”yə gəldikdən sonra Obameyanq 1 oyunda belə 90 dəqiqə meydanda olmayıb. London klubu sosial şəbəkərdə Potterin istefaya göndərilməsi ilə bağlı xəbər qoyan kimi forvard bunu bəyənib.

Obameyanq bir neçə saatdan sona “like” geri götürsə də, xəbər artıq KİV-də geniş yayılıb.

O, “Çelsi”də 12 oyunda 1 qol vurub.

Qeyd edək ki, buna oxşar hadisə bir neçə il öncə Azərbaycanda da baş vermişdi. “Neftçi”nin prezidenti Kamran Quliyev azarkeş səhifələrində komandanın baş məşqçisi Tərlan Əhmədovun göndərilməsinə səs vermişdi.

ANAR ABDULLAYEV

 

Bənzər xəbərlər