Ofsayd qaydası ləğv olunur?
Niderlandın Həvəskar Liqalarında ofsayd qaydası ləğv oluna bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Niderland Futbol Federasiyası yeni qərar qəbul etməyə hazırlaşır. Səbəb isə həmin çempionat matçları zamanı artan zorakılıq hallarının qarşısını almaqdır.
Qurumun məlumatına görə, ötən mövsüm hakimlərə edilən hücumlara görə 1864 görüş yarımçıq dayandırılıb. Bu rəqəmin əvvəlki mövsümlə müqayisədə 11, son 5 ildə isə 58 faiz çoxaldığı qeyd edilib.