Oğlu Ronaldonu niyə əsəbləşdirir? - "Kola içir, kartoşka fri yeyir"
Kriştiano Ronaldo böyük oğlu Ronaldunun futboldakı perespektivlərini dəyərləndirib. Msport.az xəbər verir ki, Ronaldu müxtəlif vaxtlarda “Mançester Yunayted”, “Real” və “Yuventus”un akademiyalarında məşq edib.
Lakin Portuqaliya millisinin kapitanı hələ ki oğlundan tam razı deyil:
“Görək, o, böyük futbolçu olacaqmı. Hələ ki yox – kola içir, kartoşka fri yeyir. Bu da məni çox əsəbləşdirir. Ona deyirəm ki, qaçış aparatında qaçsın, sonra soyuq suya tullansın ki, tez bərpa olunsun. O da cavab verir ki, “ata, ora çox soyuqdur”.
Bu normaldır, o, hələ çox gəncdir. Onun potensialı var, sürətlidir, topla davranmağı yaxşıdır, amma bu kifayət deyil. Uğur qazanmaq üçün çox çalışmaq və can qoymaq lazımdır. Ona təzyiq göstərmək istəmirəm.
Vacib deyil, o, futblçu olacaq, yoxsa, həkim. Əsas odur ki, ən yaxşı olsun. Mənim tələb etdiyim də budur”.
ANAR ABDULLAYEV







