featured-image-16336

Neapol polisi “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın oğurlanmış avtomobilini geri qaytarıb.

Msport.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcü futbolçunun avtomobili onun evinin yaxınlığındakı dayanacaqdan yoxa çıxıb. Bir gün sonra polis avtomobili Neapol ətrafında tapıb.

Xviça 2022-ci ilin iyulunda “Napoli”yə keçib. O, Neapol komandasının heyətində keçirdiyi 17 matçda 8 qol vurub, 10 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər