featured-image-38894

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Bavariya”ya uduzduqları matç (1:3) haqqında fikilərini bölüşüb.

Msport.azxəbər verir ki, o, oyundan sonra mətbuat konfransında Münhen təmsilçisinə qarşı layiqli mübarizə apardıqlarını deyib.

“Bəlkə də uzun zamandır sadəcə hesab baxımından yox, oyun baxımından da “Bavariya”nın əzildiyini görən olmayıb. Təbii ki, əsas olan nəticədir. Rəqibimiz xüsusilə 2-ci hissədə oyunu əla aldı. İlk hissədə üstünlük bizdə idi. İlk hissədə 5-6 qol vura bilərdik”.

Bənzər xəbərlər