Okan Buruk Mourinyonu ələ saldı
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Fənərbağça”dak ı Joze Mourinyonu ələ salıb.
Msport.az xəbər verir ki, türkiyəli mütəxəssis Superliqanın XXV turunda keçirilmiş İstanbul derbisindən sonra portuqaliyalı mütəxəssisi “Xüsusi biri (Special one)” yox, “Ağlayan biri” (“Crying one”) adlandırıb.
“Mourinyo uzun müddət ağladı! O, ağlamaqla məşhurdur. Hakimlər otağına getdi və orada sızladı! “Qoy ağlasın”.
Qeyd edək ki, derbi qolsuz heç-heçə ilə başa çatıb.