featured-image-32657

“Qalatasaray” “Roma”nın hücumçusu Eldor Şomurodovu icarəyə götürmək istəyir.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk rəhbərlikdən Şomurodovun transferini istəyib. Özbəkistan millisinin futbolçusu romalıların baş məşqçisi Joze Mourinyonun planlarına daxil deyil.

Qeyd edək ki, 28 yaşlı hücumçu ötən mövsümü icarə əsasında “Spetsiya”da keçirib. O, 16 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Royal Türksoy

Bənzər xəbərlər