Olimpiadada komanda sayı azaldılacaq
2028-ci il Olimpiadasında futbol turniri yeni formatda keçiriləcək.
Msport.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin idman direktoru Kit Makonnell bu barədə açıqlama verib.
O bildirib ki, Los-Ancelesdə kişilər arasında keçiriləcək turnirdə əvvəlki kimi 16 komanda yox, 12 yığma qatılacaq. Qadınlar arasında turnirdə isə əksinə, komanda sayı artırılaraq 12-dən 16-ya çatacaq.
Qeyd edək ki, 2028 Yay Olimpiya Oyunları 14-30 iyul tarixlərində keçiriləcək.