featured-image-48213

Beynəlxalq Olimpiya Komitəsi (IOC) rusiyalı jurnalistlərə Fransadakı Yay Olimpiya Oyunlarında hər hansı milli simvollardan istifadəni qadağan edib.

Msport.az xəbər verir ki, qurumun rəsmi mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, KİV əməkdaşları neytral idmançılarla eyni tələblərə tabedirlər.

Qeyd edək ki, IOC 2023-cü ilin dekabrında Rusiya və Belarus idmançılarına Paris-2024-də yalnız neytral idmançı statusunda olanlara xüsusi bayraq və himn əvəzinə musiqi ilə iştirak etməyə icazə verib. Bundan başşqa, yarışa hərbi və ya hüquq-mühafizə orqanlarının idmançıları (CSKA və “Dinamo”) cəlb edilə bilməz. Olimpiadada Z simvolundan, hər hansı hərbi simvollardan və Müqəddəs Georgi lentinin rənglərindən (qara və narıncı) istifadə etmək də qadağandır.

Bənzər xəbərlər