featured-image-28226

“Liverpul”un və İngiltərə millisinin əfsanəsi Stiven Cerrard “Olimpiakos”a rəhbərlik edə bilər. Msport.az “The Sun”a istinadən xəbər verir ki, menecerlər Yunanıstan klubuna 42 yaşlı məşqçinin xidmətlərini təklif ediblər.

“Milan”, “Napoli” və “Valensiya”nın sabiq baş məşqçisi Cennaro Qattuzo ilə yanaşı, Cerrrard da vakant posta əsas namizəd sayılır.

Cerrardla “Olimpiakos”un sahibinin yaxşı münasibətləri var və bu, təyinatda önəmli rol oynaya bilər. Klub namizədlərlə danışıqlara başlamaq niyyətindədir.

Cerrardın son iş yeri 2022-ci ilin oktyabrında tərk etdiyi “Aston Villa” olub.

“Olimpiakos” Yunanıstan çempionatında 3-cü yeri tutur. Komanda AEK və “Panatinaikos”dan 6 xal geri qalır.

ANAR  

Bənzər xəbərlər