featured-image-31970

Marselino Toral “Olimpik Marsel”in yeni baş məşqçisi olacaq. Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkədə paylaşım edib.

İspaniyalı mütəxəssis 2 illik müqavilə bağlamağa ilkin razılıq verib.

Bu, Marselinonun İspaniyadan kənarda ilk iş təcrübəsi olacaq. O, son olaraq Bilbao “Atletik”nə rəhbərlik edib. Marselino orada 2021-ci ilin yanvarından 2022-ci ilin yayına kimi işləyib. “Atletik” onun rəhbərliyi altında İspaniya kubokunun finalına yüksəlib. Bilbao təmsilçisi avrokuboklara vəsiqə qazana bilməyib, daha sonra isə Marselinonun rəhbərliklə problemləri yaranıb və klubdan ayrılıb.

Ötən mövsüm “Marsel”ə İqor Tudor rəhbərlik edib. O, uğurlu mövsüm keçirməsinə baxmayaraq (3-cü yer), bu komandada işləməyin həddən artıq yorucu və ağı olduğunu deyərək ayrılıb.

ANAR ABDULLAYEV 

 

 

 

Bənzər xəbərlər