Olimpiya çempionu 40 yaşında karyerasını bərpa etdi
ABŞ-dan olan qadın dağ xizəkçisi Lindsi Vonn karyerasını bərpa edib.
Msport.az xəbər verir ki, o, yenidən bu idman növü ilə məşğul olmaq istədiyini deyib. 40 yaşlı xizəkçi əsas məqsədinin dünya çempionatında iştirak etmək olduğunu bildirib.
İdmançı 2019-cu ilin fevral ayında karyerasını bitirmişdi.
Qeyd edək ki, Lindsi Vonn 2010-cu il dağ xizəyi üzrə Olimpiya çempionu olub.