featured-image-39220

Yaponiya Olimpiya Komitəsinin prezidenti Yasuhiro Yamasita xəstəxanaya yerləşdirilib.

Msport.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, funksioner yıxılaraq boyun fəqərələrini zədələyib.

O, bu səbəbdən əməliyyat olunacaq. Qeyri-müəyyən müddətə komitənin rəhbəri vəzifəsini vitse-prezident Yuko Mitsuya icra edəcək.

Qeyd edək ki, Yasuhiro Yamasita cüdo üzrə olimpiya və dördqat dünya çempionudur.

Bənzər xəbərlər