featured-image-12783

“Cəbhədə həyatını itirənlərə başsağlığı verirəm. Ölkə üçün çətin dönəm olduğunu bilirəm. Şəhidlərin ailə üzvlərini qucaqlamaq və bağrıma basmaq istərdim”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Bakıda Fransanın “Nant” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Braziliyadan olan 26 yaşlı futbolçu sabah çətin oyuna çıxacaqlarını söyləyib: “Bizi rəqabətli matç gözləyir. Rəqib haqqında məlumat almışıq. Ümid edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq. Bu görüşdə qalib gəlmək istəyirik”.

Sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya saat 20:45-də start veriləcək.

Bənzər xəbərlər