Olmo niyə oynamır? – “Barsa” hər şeyi 3 günə həll etmək istəyirdi”
La Liqanın prezidenti Xavyer Tebas “Barselona”nın yarımmüdafiəçisi Daniel Olmonun iştirak ərizəsinə salınmaması ilə bağlı problemlərdən danışıb.
Msport.az xəbər verir ki, funksioner bu məsələdə Kataloniya təmsilçisini günahlandırıb.
O, klubun tələsdiyi üçün bu problemlə üzləşdiyini bildirib: “Barsa”nın problemləri həll edəcəyini gözləyirdim. Avqust ayından etibarən həll yollarını tapmaq üçün dörd ay vaxtları var idi. Hər işin öz vaxtı və yolu var. Ancaq onlar hər şeyi tez, 3 günə həll etmək istəyirdilər.
Yanvarın 3-də “Barselona” bizim istədiyimiz zəmanəti verdi, çünki pul gəlmişdi. Sonra isə İspaniya İdman Şurasına (CSD) müraciət etdilər. 24 saat ərzində məsələni həllini tapdı. Amma bu, bəzi şeyləri şübhə altına alan ehtiyat tədbir idi. Olmo dekabrda qeydiyyatdan keçməyəcəyini bilə-bilə müqaviləni imzaladı. Bunun başına gələ biləcəyini bilirdi. Biz çox aydın izahat vermişdik”.
Yanvarın 8-də məlum olub ki, İspaniya Ali İdman Şurası (CSD) La Liqa və Kral Futbol Federasiyasının imtinasına baxmayaraq, Daniel Olmo və Pau Viktorun yerli turnirlər üçün siyahıya daxil edilməsinə müvəqqəti icazə verib.
Bu mövsüm Olmo klub üçün bütün turnirlərdə 22 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.