“Omoniya”nın iki futbolçusu “Zirə” ilə matçı buraxır
Kiprin “Omoniya” klubunun iki futbolçusu UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda “Zirə”yə qarşı keçiriləcək cavab oyununu buraxacaq.
Msport.az xəbər verir ki, Haralambos Haralampus və Nikolas Panayotu sabahkı matçda iştirak edə bilməyəcəklər. Hər iki oyunçu zədəli olduğu üçün Bakıya gətirilməyib.
Qeyd edək ki, “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. İlk oyunda “Zirə” 0:6 hesabı ilə məğlub olub.