“Omoniya”nın prezidenti də Bakıya gəlib
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Zirə”nin qonağı olacaq Kipr “Omoniya”sının prezidenti Stavros Papastavru Bakıya gəlib.
Msport.az xəbər verir ki, funksioner komandasını səfər matçında yalnız buraxmayıb.
O, ilk matçdakı 6:0 hesablı qələbəyə baxmayaraq, komandasından cavab görüşünə ciddi yanaşmasını tələb edib.
Qeyd edək ki, bu gün “Liv Bona Dea Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.