featured-image-16207

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Ante Çaçiç Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis London təmsilçisi ilə matçda şans verdiyi azərbaycanlı hücumçu Mahir Emreli haqda da danışıb:

“Emreli bu mövsüm Çempionlar Liqasında meydana çıxmamışdı. Ona görə də, ona şans verdim, meydana buraxmaq qərarına gəldim. Baturina həm təsnifat mərhələlərində, həm də qrup oyunlarında çox oynadı”.

Emreli Londonda keçirilən matçın 70-ci dəqiqəsində meydana çıxıb. Komandası isə meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb və qrupda qalıb.

Bənzər xəbərlər