“Ona görə maaşımın azaldılmasına razı oldum” - Zlatan İbrahimoviç
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç komanda yoldaşı Rafael Leaonun müqaviləsini uzadıb-uzatmaması ilə bağlı suala zarafatla cavab verib.
Msport.az.xərbər verir ki, isveçli futbolçu Leaoya görə, maaşının azaldılmasına razılıq verdiyini deyib:
“Ona görə əmək haqqımın azaldılmasına razı oldum. Mən havayı oynayıram. O, hələ mənim evimi də istəyir”?
Qeyd edək ki, Rafael Leaonun”Milan”la müqaviləsi 2024-cü ildə başa çatır.
ANAR ABDULLAYEV