Onana “Mançester Yunayted”ə keçdi – RƏSMİ
“İnter”in futbolçusu Andre Onananın “Mançester Yunayted”ə keçidi rəsmiləşib.
Msport.az xəbər verir ki, 27 yaşlı qapıçı Mançester təmsilçisiylə 2028-ci ilin yayına kimi qüvvədə olan müqavilə imzalayıb.
“Mançester Yunayted”in Onanın transferi üçün “İnter”ə 55 milyon avro ödəyəcəyi deyilir.
27 yaşlı qolkiper 2022-ci ilin yayından “neradzurri”də çıxış edir. O, İtaliya klubuna “Ayaks”dan keçib.
Qeyd edək ki, 2022/2023 mövsümündə Onana A Seriyasında 24 oyun keçirib və eyni sayda qol buraxıb.
Royal Türksoy







