Onana Türkiyə klubunda - RƏSMİ
“Mançester Yunayted”in qapıçısı Andre Onananın “Trabzonspor”a keçidi rəsmiləşib.
Msport.az xəbər verir ki, kamerunlu qolkiper Türkiyə klubunda icarə əsasında çıxış edəcək.
Sözləşmənin müddəti bir illikdir. Onananın “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına kimidir.
Qeyd edək ki, 29 yaşlı qolkiper İngiltərə klubundan əvvəl “Ayaks” və “İnter”in də formasını geyib.