Onananı satan “İnter” iki qapıçı alır
Andre Onananı “Mançester Yunayted”ə satan “İnter” heyətini iki qapıçı ilə gücləndirmək niyyətindədir. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano tviterdə paylaşım edib.
Onun sözlərinə görə, İtaliya klubu “Bayern”dən Yan Zommerə və “Şaxtyor”dan Anatoli Trubinə rəsmi təklif göndərəcək.
İsveçrə millisinin qolkiperinin Münhen klubu ilə 2025-ci ilə kimi müqaviləsi var.
21 yaşlı Trubinin isə Donetsk klubu ilə anlaşması 2024-cü ilə qədərdir. Gənc qapıçı Ukrayna millisində 7 oyun keçirib.
ANAR







