featured-image-33349

Andre Onananın “İnter”dən “Mançester Yunayted”ə keçidi yaxın saatlarda rəsmiləşəcək. Msport.az xəbər verir ki, italiyalı jurnalist Canluka Di Marsio transferin bazar ertəsindən gec olmayaraq elan ediləcəyini bildirib.

Ola bilsin ki, qapıçının İngiltərəyə gedişi hətta bu gün açıqlansın. 

Tərəflər son saatlarda danışıqları uğurla başa vurublar. “Yunayted” bu transferə görə 50 milyon avro və bonuslar ödəyəcək.

Onananın dünən gecə saatlarında “İnter”in vitse-prezidenti Xavyer Zanettinin Milandakı restoranında vida yeməyinə qatıldığı deyilir.

Qeyd edək ki, kamerunlu futbolçu ötən  mövsüm “İnter”in heyətində 24 oyun keçirib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər