featured-image-24806

“Roma” UEFA Avropa Liqasının 1\8 final mərhələsinin ilk oyununda “Real Sosyedad” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

Msport.az xəbər verir ki, İtaliya klubunun baş məşqçisi Joze Mourinyo heyətdə bəzi çətinliklərinin olduğunu deyib və komandasını “Bayern Münhen”lə müqayisə edib:

“İkinci hissədə “Bayern Münhen” – PSJ oyununu xatırladım. Həmin oyunda münhenlilərin ehtiyat oyunçular skamiyasında Qnabri, Sane, Mane kimi futbolçular oturmuşdular. Onlardan biri mənə bəs edərdi. Mən Dibalanı əvəzləyə bilərdim və biz daha bir qol vura bilərdik”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər