“Onlardan danışanda mənə əsəbiləşir” – Qvardiola Spalettiyə söz atdı
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bir müddət öncə “Napoli”ni Avropanın ən yaxşı komandası adlandırmışdı.
Msport.az xəbər verir ki, Neapol təmsilçisinin çalışdırıcısı Luçano Spaletti isə əvəzində ispaniyalı həmkarını komandasının üzərində təzyiq yaratmaqda ittiham etmişdi. O bildirmişdi ki, komandası “şəhərlilər”dən üstün göstərilə bilməz: “Biz 9 milyon, onlar isə 900 milyon xərcləyirlərsə, bunun bir səbəbi olmalıdır.
Spalettinin fikirlərinə münasibət bildirmək istəməyən Qvardiola italiyalı mütəxəssisə söz atıb: “Napoli” haqqında fikir bildirmək istəmirəm. Onlardan danışanda baş məşqçiləri mənə əsəbiləşir. Çox həssasdı”.
Qeyd edək ki, “Mançester Siti” bu gün Çempionlar Liqasında “Bayern Münhen”lə 1/4 final mərhələsinin ilk oyununu keçirəcək.







