featured-image-24376

“Çelsi”nin baş məşqçisi Qrem Potter uğursuz nəticələrə baxmayaraq, rəhbərliyin dəstəyini hiss etdiyini deyib. Msport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bossların arxasında gizlənmək niyyətində olmadığını bildirib:

“Klubun sahibləri tərəfindən dəstək var, əlbəttə, nəticələrlə bağlı onlarla danışmışam. Amma onların arxasında gizlənmək fikirində deyiləm. Nəticələr bizim üçün uğurlu olmadı, buna görə mən məsuliyyət daşıyıram. Məşqçisənsə və nəticə pisdirsə, tənqidləri qəbul etməlisən. Mənim işim komanda ilə qalmaq və növbəti oyunlara daha yaxşı hazırlaşdırmaqdır.

Hər komandanın çətin günləri olur. Hər klubda da işlərin əla getdiyi dönəm olur. Biz birinci dediyim vəziyyətdəyik və sonadək mübarizə aparmalıyıq. Başqa yolumuz yoxdur.

Məsuliyyəti öz üzərimə götürürəmmi? Baş məşqçi kimi bunu etməliyəm, bu, mənim işimdir. Düşünmürəm ki, bütün məsuliyyət tam şəkildə mənim üzərimdədir. Ancaq onun böyük hissəsi mənimlə bağlıdır. Dediyim kimi nəticələr yaxşı olmayıb, biz bunu qəbul edirik və başa düşürük. Daha yaxşı oynamalıyıq və cavabdehlik məndən başlayır”.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər