featured-image-61850

“Barselona”nın sabiq prezidenti Joan Qaspar “Real”ın hücumçusu Vinisius Juniorun Səudiyyə Ərəbistanından təklif almasına münasibət bildirib.

Msport.az xəbər verir ki, keçmiş funksioner bu transferin reallaşacağına ümid edir.

Onun fikrincə, Vinisiusun gedişi “Real”ı xeyli zəiflədər: “Barselona” azarkeşi kimi ümid edirəm ki, Vinisius Səudiyyə Ərəbistanından gələn təklifi qəbul edəcək. Onu inandırmaq üçün təklif kifayət qədər yaxşı olmalıdır. Ümid edirəm ki, Vinisius belə bir təklifi qəbul edəcək. Çünki o, böyük oyunçulardan biridir və gedişi “Barselona” üçün yaxşı xəbər olar. Vinisius qorxunc xarakterə malikdir. O oynayanda komandasına motivasiya verir”.

Qeyd edək ki, Vinisius Junior Səudiyyə Ərəbistanından bir neçə təklif alsa da, “Real” hələlik müsbət cavab verməyib.

Bənzər xəbərlər