featured-image-36258

“Milan”ın hücumçusu Divok Oriqi klubunu dəyişməyə yaxındır.

Msport.az xəbər verir ki, belçikalı futbolçuyla “Börnli” danışıqlar aparır. Oriqi “rossoneri”lərin rəhbərliyinə klubdan ayrılmaq istədiyini bildirib.

28 yaşlı Oriqi ötən yay azad agent statusuyla “Milan”a keçib. O, bu klubla 36 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir.

Royal Türksoy

Bənzər xəbərlər