featured-image-887

Azərbaycan cüdoçusu Orxan Səfərov Antalyada keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda görüşə çıxa bilməyəcək.

Msport.az xəbər verir ki,  66 kiloqram çəki dərəcəsində yarışan 30 yaşlı cüdoçu Braziliya təmsilçisi Villian Lima ilə yarımfinal görüşündə zədələndiyindən, israilli Tal Flikerlə üçüncülük görüşünə qatılmayacaq. (Fanat.az)

Beləliklə, Azərbaycan yığmasının “Böyük Dəbilqə”nin ilk yarış gününü medalsız başa vuracağı dəqiqləşib.

Bənzər xəbərlər