featured-image-24555

İspaniya La Liqasında 24-cü tura yekun vurulub.

Msport.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

“Osasuna” doğma meydanda “Selta” ilə qarşılaşıb. Tərəflər meydanı qolsuz tərk ediblər. Bu nəticədən sonra “Osasuna” 34 xalla 8-ci, “Selta” isə 28 xalla 12-ci pillədə qərarlaşıb.

Turnir cədvəlinə 62 xala malik “Barselona” rəhbərlik edir. Madrid “Real”ı 53 xalla ikinci, paytaxtın digər təmsilçisi “Atletiko” isə 45 xalla üçüncü pillədə qərarlaşıb.

İspaniya La Liqası
24-cü tur

3 mart

Real Sosyedad – Kadis 0:0

4 mart

Xetafe – Jirona 3:2
Qol: E.Ünal, 2; 14-pen. Mayoral, 43 – Kastelyanos, 54. M.Qutyerres, 80.

Almeriya – Vilyarreal 0:2
Qol: C.Moreno, 76. Morales, 88.

Malyorka – Elçe 0:1
Qol: Boye, 88.

Atletiko – Sevilya 6:1
Qol: Depay, 23; 26. Qrizman, 53. Karrasko, 69. Marata, 76; 90+2 – En Nesiri, 39.

5 mart

Valyadolid – Espanyol 2:1
Qol: Sançes, 25. Aquado, 62 – Breytveyt, 87.

Barselona – Valensiya 1:0
Qol: Rafinya, 15.

Rayo Valyekano – Atletik 0:0

Betis – Real 0:0

6 mart

Osasuna – Selta 0:0

Bənzər xəbərlər