featured-image-29839

“Osasuna”nın futbolçuları “Almeriya” ilə La Liqanın 34-cü tur matçından (3:1) sonra baş hakim Mateu Laos üçün dəhliz qurub.
Msport.az xəbər verir ki, bu mövsüm 46 yaşlı referi üçün baş hakim kimi sonuncu olacaq. Mateu növbəti mövsümdən video assistent kimi işləyəcək. “Almeriya” ilə matçdan sonra “Osasuna”nın futbolçuları hakimi qucaqlayaraq ona öz təşəkkürlərini bildiriblər.

Laos 2008-ci ildən La Liqa oyunlarını idarə edir. O, 2018 və 2022-ci il dünya çempionatlarında da işləyib.

media-orig_626152

Royal Türksoy

Bənzər xəbərlər