"Osimhen 100 faiz "Milan"la oyuna hazır olacaq" - Luçano Spalletti
“Napoli”nin baş məşqçisi Luçano Spalletti Viktor Osimhenin “Milan”la Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda meydana çıxma şansını dəyərəndirib.
Msport.az xəbər verir ki, 64 yaşlı mütəxəssis əsas hücumçularının həmin matça hazır olacağını deyib: “Çərşənbə axşamı Osimhen 100 faiz “Milan”la görüşə hazır olacaq. O, heyətdə olacaq”.
Nigeriyalı forvard əzələ ağrılarına görə ilk görüşü buraxmaq məcburiyyətində qalmışdı. Forvard Neapol klubunun düşərgəsinə millidən zədəli halda qayıtmışdı.
Osimhen cari mövsümdə bütün turnirlərdə 29 qol vurub.
“Napoli” və “Milan” arasında cavab oyunu aprelin 18-də “Dieqo Armando Maradona” stadionunda keçiriləcək.
ANAR







