featured-image-23862

“Napoli”nin hücumçusu Viktor Osimhen ardıcıl 7-ci oyunda fərqlənib.

Msport.az xəbər verir ki, nigeriyalı futbolçu İtaliya A seriyasının 24-cü turunda “Empoli” ilə matçda rəqib qapısına yol tapıb.

Son 10 oyunda o, yalnız bir görüşdə – yanvarın 17-də “Kremoneze” ilə kubok qarşılaşmasında qol vura bilməyib. Həmin matçda forvard 102-ci dəqiqədə meydana çıxmışdı. Digər 9 oyunda o, 11 qol vurub.

Cari mövsümdə Osimhenin hesabında 19 top var.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər