Osimhen “Barsa”ya qarşı oynaya bilməyəcək
“Napoli”nin hücumçusu Viktor Osimhen “Barselona” ilə Çempionlar Liqasının 1\8 final mərhələsinin ilk oyununu buraxa bilər. Msport.az xəbər verir ki, nigeriyalı forvardın ilk görüşdə iştirakı sual altındadır.
Osimhen hələ ki Afrika Millətlər Kubokundan İtaliyaya qayıtmayıb.
“Napoli” ilə “Barselona” arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçı fevralın 21-də keçiriləcək. Oyun Neapoldakı “Dieqo Maradona” stadionunda olacaq.







