Osimhen derbiyə hazırdır
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen zədəsini sağaldıb.
Msport.az xəbər verir ki, nigeriyalı forvard komanda ilə birlikdə məşqdə iştirak edib.
27 yaşlı futbolçu artıq oynamağa hazırdır. Kolumbiyalı vinger Yaser Asprilyanın müalicəsi isə davam edir.
Qeyd edək ki, “Qalatasaray” Türkiyə Super Liqasının 31-ci turunda doğma meydanda “Fənərbağça”nı qəbul edəcək. Qarşılaşma 26 apreldə baş tutacaq.







