featured-image-29227

“Napoli”nin futbolçusu Viktor Osimhen rekorda imza atıb.

Msport.az xəbər verir ki, nigeriyalı forvard A Seriyasının 33-cü turu çərçivəsində “Udineze”ylə (1-1) keçirilən matçda komandasının yeganə qolunu vuraraq cari mövsümdəki qol sayını 22-ə çatdırıb. Bu, A Seriyasında çıxış etmiş afrikalı futbolçular arasında rekord göstəricidir. 24 yaşlı futbolçu Samuel Eto’onun (21 qol) rekordunu vurub.

Qeyd edək ki, “Napoli” sona 5 tur qalmış A Seriyası çempionu adını qazanıb.

Royal Türksoy

Bənzər xəbərlər