Osimhen Jardelin tarixi rekordunu yenilədi
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen Türkiyə futbolu tarixinə düşüb.
Msport.az xəbər verir ki, ulduz futbolçu Türkiyə Kubokunun finalında “Trabzonspor”la oyunda dubl edərək bunu bacarıb.
Nigeriya millisinin üzvü cari mövsüm “cim-bom”un heyətində vurduğu qolların sayını 35-ə çatdırıb. Bununla Osimhen Türkiyədəki ilk mövsümündə ən çox qol vuran əcnəbi olub. O, “Qalatasaray”ın sabiq hücumçusu Mario Jardelə məxsus 34 qolluq rekordu yeniləyib.
Qeyd edək ki, “Trabzonspor”u 3:0 hesabı ilə məğlub edən “Qalatasaray” Türkiyə Kubokunu qazanıb.