Osimhen jurnalistlə dalaşdı
Türkiyə mətbuatında “Qalatasaray”ın hücumçusu Viktor Osimhenlə bağlı sensasion xəbər dərc edilib. Msport.az xəbər verir ki, ulduz futbolçu “Posta” qəzetinin əməkdaşı Tolqa Bozdumanı vurub.
Jurnalistlər nigeriyalı futbolçunu bir gecə klubundan çıxarkən çəkməyə çalışıblar: “Osimhen kameranın işığını görən kimi mənim üstümə atıldı. O, kameranı əlimdən almaq istəyirdi. Sonra təklif etdi ki, pul qarışılığında çəkdiyim kadrları silim. Mən imtina etdikdə isə “sizi məhv edəcəm” deyib təhdid etdi”.
Hadisənin ertəsi gün “Qalatasaray”ın məşqi var idi. Bəlkə də futbolçu bu səbəbdən onun görüntülənməsinə mane olmağa çalışıb.
Qeyd edək ki, “Qalatasaray” şənbə günü Türkiyə Suoer Liqasında “Konyaspor”la qarşılaşacaq.