Osimhen klubundan ayrıla bilər
“Napoli” Viktor Osimhenlə yollarını ayıra bilər.
Msport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərə görə, 24 yaşlı hücumçu Neapol təmsilçisinin rəhbərliyi ilə münaqişə yaşayır.
Nigeriyalı forvard “Napoli”dəki karyerasına aid fotoşəkillərin əksəriyyətini sosial şəbəkə hesabından silib. Yalnız milli komanda və əvvəlki klublarla bağlı şəkilləri saxlayıb.
Qeyd edək ki, Viktor Osimhenin klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.







