featured-image-60619

“Qalatasaray”ın futbolçusu Viktor Osimhen mətbuat nümayəndəsi ilə arasında baş verən insidentə münasibət bildirib. Msport.az xəbər verir ki, nigeriyalı hücumçu “Posta” nəşrinin müxbiri Tolqa Bozdumanı məhkəməyə verəcəyini deyib:

“Bu oğlanı vurmamışam, sadəcə ona yaxınlaşıb dedim ki, şəkilləri pozsun. Bu mənim şəklimdir və tam haqqım var, ona deyim ki, fotoları sil.

Bilirdim ki, onlar yalan deyəcəklər. Əlbəttə, bu məsələni həll etmək asan olmayacaq. Mən lazımı addımları atacam. Yalan danışdığı üçün qanun qarşısında cavab verməlidir”.

Xatırladaq ki, Bozduman bəyan edib ki, Osimhen dostları ilə gecə klubunda şəkil çəkdiyi üçün onu vurub.

Bənzər xəbərlər