featured-image-28340

“Napoli”nin hücumçusu Viktor Osimhen yayda klubunu dəyişə bilər.

Msport.az xəbər verir ki, nigeriyalı futbolçu bır sıra nəhəng klubların maraq dairəsinə düşüb. Onunla “Çelsi”, “Mançester Yunayted”, “Mançester Siti” və “Bayern Münhen” maraqlanır. “Napoli” isə Osimheni satmayacağını futbolçunun agentinə bildirib.

Qeyd edək ki, 24 yaşlı futbolçunun bazar dəyəri 100 milyon avro təşkil edir. O, cari mövsüm ərzində keçirdiyi 31 oyunda 26 qol və 5 assistlə yadda qalıb.

Royal Türksoy

Bənzər xəbərlər