featured-image-58309

Türkiyənin “Qalatasaray” komandasında icarə əsasında çıxış edən “Napoli”nin futbolçusu Viktor Osimhen top klubların diqqət mərkəzindədir.

Matc.az xəbər verir ki, bu barədə “calciomercato.com” məlumat yayıb.

Forvard “Yuventus” və ya PSJ-yə keçə bilər.

Bildirilir ki, bu iki klub nigeriyalıya ulduz futbolçuya görə müqaviləsində təzminat kimi göstərilən 75 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Osimhen bu mövsüm “Qalatasaray”ın heyətində 12 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər