featured-image-69965

“Qalatasaray”ın futbolçusu Viktor Osimhenin zədəsi sağalıb.

Msport.az xəbər verir ki, 26 yaşlı hücumçunun adı Superliqanın VII turunda “Alanyaspor”a qarşı keçirəcəkləri matçın iştirak ərizəsinə salınıb.

Forvard sentyabrın əvvəlində Nigeriya yığmasının düşərgəsində sıradan çıxmışdı.

Qeyd edək ki, “Alanyaspor” – “Qalatasaray” matçı sentyabrın 26-da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bənzər xəbərlər