Osimhenin meneceri: "Təkliflərlə bağlı çatışmazlıq olmayacaq, xüsusən də İngiltərədən"
“Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhenin meneceri Andrea D`Amiko müştərisinin gələcəyi ilə bağlı danışıb. Msport.az xəbər verir ki, o, Osimhenin hazırda dünyada ən yaxşı mərkəz hücumçusu olduğunu deyib
“Osimhen gələn mövsüm hara gedə bilər? Fikirləşirəm ki, bizim təkliflərlə bağlı çatışmazlığımız olmayacaq. Xüsusən də İngiltərədən.
Osimhen hazırda dünyanın ən güclü hücumçusudur, hətta Haalanddan da yaxşıdır. Transferlə bağlı bütün qərarlar mövsüm başa çatdıqdan sonra veriləcək. PSJ ilə bağlı variantı da istisna etmək olmaz. Xüsusən də ona görə ki, onları hücum xəttində ciddi itkilər gözləyir. Məncə, Mayamiyə getmək variantı Messinin xoşuna gəlir. Ancaq buna əmin deyiləm, bu, subyektiv fikirimdir”.
Qeyd edək ki, 24 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 29 oyunda 25 qol vurub və dörd məhsuldar ötürmə verib.
ANAR ABDULLAYEV







